Kateqoriyalar
Sırala
ID 0082765

Gindes adına uşaq sümük-vərəm xəstəlikləri sanatoriyası

Hazırda istifadəyə yararsız olan Uşaq sümük-vərəm xəstəlikləri sanatoriyası 1914-ci ildə Zuğulbada fəaliyyətə başlayıb. Müəssisəni o dövrün məşhur uşaq həkimi olan professor Gindes yaradıb və onun təşəbbüsü şəxsi səbəblərlə bağlı olub. Professor bu mərkəzi vərəm xəstəliyi səbəbindən itirdiyi oğlunun xatirəsinə həsr edib. Sanatoriya xəstə uşaqlara tibbi yardım göstərməklə yanaşı, onların sağlamlığının bərpasına və yaxşılaşmasına töhfə verirdi. İndi isə baxımsız vəziyyətdə olan binanın divarları çatlayıb, pəncərələri qırılıb, otaq və dəhlizləri dağıntılar içindədir. Buna baxmayaraq, həyətindəki heykəllər və dənizə baxan mənzərəsi binaya orijinal bir görünüş qazandırır. Hazırda bu tarixi tibb müəssisəsinin yerinə Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası yeni binada fəaliyyət göstərir. 

Digər fotolar
arrow-up