Kateqoriyalar
Sırala
ID 0085375

Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Bakıxanov

Tofiq Bakıxanov: "Bizim ailə musiqiçilər ailəsidir. Ulu babamız Abbasqulu Ağa Bakıxanov olub. Nəslimizdə dörd general olub, polkovniklər olub. Onlardan sonra gələn nəslin davamçılarından Əhməd Bakıxanov Məmədrza bəyin oğlu olub. Üç qardaş, bir bacı olublar. İki qardaş tarzən olub. Əhməd Bakıxanov respublikanın Xalq artisti, qardaşı Məmmədxan Bakıxanov isə Azərbaycan Dövlət Filarmoniyasının solisti, Əməkdar artist idi. Beləcə, bu ailədə dünyaya gələnlər musiqiçi oldular, o cümlədən də mən. Ən böyük xoşbəxtliyimiz onda idi ki, biz yaşadığımız Zərgərpalan küçəsində, qonşuluqda dahi bəstəkar Üzeyir Hacıbəyov yaşayırdı".

Müsahibə: Oxu.az

Digər fotolar
arrow-up