Kateqoriyalar
Sırala
ID 0087289

İndiyədək 13760 quyu qazılan Balaxanı-Sabunçu-Ramana neft yatağı

İndiyədək 13760 quyu qazılan Balaxanı-Sabunçu-Ramana yatağından çıxarılan neft çox az parafinli və kükürdlü olduğuna görə keyfiyyətlidir. Hətta Balaxanı neftindən nadir, donmayan yağ növləri də hazırlanır. Burada indiyədək 9626 quyu (Balaxanı-Sabunçu-Ramana birlikdə təxminən 13 760 quyu) qazılıb. Hazırda Balaxanıda 1060 işlək quyu var.  Artıq Balaxanı yatağı işlənmənin dördüncü, yəni sonuncu mərhələsindədir. Bu mərhələdə yataqların təbii enerjisi tükənir və qravitasiya rejimi hökm sürür.

Digər fotolar
arrow-up