Kateqoriyalar
Sırala
ID 0087576

Azərbaycanın ən ucqar şərq nöqtəsi olan Şah Dili burnu

Şah Dili burnu Abşeron yarımadasının cənub-şərq qurtaracağında yerləşən, Azərbaycanın ən ucqar şərq nöqtəsi hesab olunan unikal quru parçasıdır. Əsasən Xəzər dənizinin suları ilə əhatə olunan burun çoxlu sayda qum təpələri, duzlu göllər və təbii bataqlıqlarla zəngindir. Abşeron Milli Parkına aid olan bu ərazinin adı ilə bağlı maraqlı ehtimallar mövcuddur. Rəvayətə görə, qədim zamanlarda Abşeron yarımadasının burun hissəsinə yüksək mənsəbli əyanlar, o cümlədən də şahlar şikara gələrmiş. Ona görə də yerli əhali bu hissəni Şah dili adlandırıb. Açıq dənizə yönələn füsunkar mənzərə Xəzər sahillərinin heç bir nöqtəsində Şah dili burnundakı kimi heyrətamiz görünmür. Maraq doğuran digər bir məqam isə Xəzər dənizində min illər ərzində su səviyyəsinin dəyişməsinə baxmayaraq Şah Dili burnunun relyefinin olduğu kimi qalmasıdır. Bu təbiət möcüzəsi Azərbaycan xəritəsində qartal dimdiyinə bənzər formasını qoruyub saxlayır.

Teqlər
Digər fotolar
arrow-up