Böyükşor gölü üzərində istismara verilmiş 100 kVt gücündə pilot günəş enerjisi qurğusu
100 kilovat gücündə olan “Böyükşor” üzən günəş elektrik stansiyası İspaniyanın “Gamma Solutions” şirkəti tərəfindən Asiya İnkişaf Bankının (AİB) qrantı hesabına inşa edilib. Stansiyanın panellərinin üç əsas bloku fotovoltaik daimi cərəyan generatorunun günəş enerjisini elektrik enerjisinə çevirmə effektindən istifadə etdiyi günəş batareyası prinsipi əsasında işləyir. Dəyişən cərəyan gücünə malik olan stansiyanın 100 kilovatlıq gücünün 95 kilovatı birbaşa olaraq stansiyanın üzən hissəsinin (FPV), 5 kilovatı isə yerüstü hissəsinin payına düşür.
Digər fotolar