Kateqoriyalar
Sırala
ID 0089515

Nardaran kəndində yerləşən Ocaqqulu mağaraları

Nardaran təkcə tarixi irsi ilə deyil, həm də qədim təbiət abidələri ilə zəngindir. Burada yerləşən qayalıqların təbii proseslərin nəticəsi, yoxsa ibtidai icma dövrünə aid yaşayış məskəni olması hələ də mübahisə doğurur. Tarixçi Sara Aşurbəylinin əsərlərində bu mağaraların adı çəkilir və ərazi ibtidai insanların məskəni kimi qeyd olunur. Qayaların üzərində həkk olunmuş bəzi qədim işarələr bu günə qədər qorunub saxlanılıb. El arasında bu qayalıqlar Ocaqqulu mağaraları kimi tanınır və Nardaran sakinləri üçün müqəddəs məkan hesab olunur. Bu səbəbdən yerli sakinlər burada müxtəlif ayinlər həyata keçirirlər. Qayalıqların arasında nadir bitkilər də görmək mümkündür. İnsanlar bu bitkilərin yetişməsini məkanın müqəddəsliyi ilə əlaqələndirirlər. 

Digər fotolar
arrow-up