Kateqoriyalar
Sırala
ID 0090368

Nobel qardaşlarının Bakıdakı ev-muzeyi

Muzeydə Nobel qardaşları və ailəsi haqqında dolğun məlumatlar əldə etmək mümkündür. 1882-1884-cü illərdə tikilmiş Nobellərin evi 2008-ci ildən muzey kimi fəaliyyət göstərir. Bina ikimərtəbəlidir. Birinci mərtəbədə muzey, ikinci mərtəbədə isə Bakı Nobel Neft Klubu və Biznes mərkəzi yerləşir. Altı otaqdan ibarət binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu və havalandırma sistemi quraşdırılıb. Tikilinin interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda dizayn edilib. Hazırda muzeydə olan əşyalardan sayca 400-dən çox eksponat Nobel qardaşlarının varislərindən əldə edilib.

Digər fotolar
arrow-up