Kateqoriyalar
Sırala
ID 0090752

Yeni təmirdən çıxmış “Xaqani” bağı

Sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağının açılışı olub. Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Digər fotolar
arrow-up