Kateqoriyalar
Sırala
ID 0091171

Şamaxıda 19-сu əsrə aid türbə kompleksi

Azərbaycanın sәkkizbucaqlı türbələr qrupuna daxil olan bu abidə yonulmuş ağ daşdan inşa edilib vә çatmatağlı günbəzlə örtülüb. Şamaxıda 19 əsrə aid bu türbələr kompleksi Şamaxı һakimi Mustafa xanın ailә üzvlәri üçün tikilib və 7 türbədən 4-ü dövrümüzə çatıb. Xanın anasının dәfn edildiyi türbәnin kitabәsindә (1810) memarın adı (“Ustad Tağı memar”) һәkk edilib. Yeddi Günbəz kompleksindəki türbələrin hamısı kompozisiyasına görə eynidir, yalnız giriş hissələrinin memarlıq tərtibi müxtəlifdir. Bu baxımdan 1816-1817-ci ilə aid türbənin baştağlı girişi diqqətəlayiqdir.

Digər fotolar
arrow-up