Kateqoriyalar
Sırala
ID 0092308

Azərbaycanın ən böyük incəsənət muzeyi olan Azərbaycan Milli İncəsənət Muzeyi

Muzey Azərbaycanın ən böyük incəsənət muzeyidir. Burada on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşıyır. Hazırda muzey Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada — "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir.

Digər fotolar
arrow-up