Kateqoriyalar
Sırala
ID 0093716

Gürcüstan səyahətçilərinin ikinci qrupunun Şuşa səfəri

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstandan olan 26 nəfərdən ibarət ikinci səyahətçi qrup Şuşa şəhərində gəzintiyə çıxıb. Turistlər şəhərdə aparılan bərpa işləri ilə tanış olub, Natəvan Sarayı, “Xan qızı” bulağına və Şahbulağa baş çəkib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini və Cıdır düzünü ziyarət ediblər.

Digər fotolar
arrow-up