Kateqoriyalar
Sırala
ID 0093845

Bakıda güclü yağışın törətdiyi fəsadlar

Bir neçə gündür Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti hökm sürür. Davam edən aramsız yağışlar paytaxt Bakıda da bir sıra fəsadlar törədib. Nəticədə Bakının Nərimanov rayonunda yerləşən Bağırov körpüsünü və bir sıra yolları su basıb. Yağış sularının yaratdığı göllər həm piyadaların, həm də nəqliyyatın hərəkətinə çətinlik yaradıb.

Digər fotolar
arrow-up