Kateqoriyalar
Sırala
ID 0094424

U-23 Dünya çempionatında iştirak edən sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında 1 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında 3-cü yeri tutan sərbəst güləş üzrə millimiz Vətənə dönüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

Teqlər
Digər fotolar
arrow-up