Kateqoriyalar
Sırala
ID 0094494

Hərraclar sahəsində yaradılmış vahid elektron platformanın təqdimatı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsin rəsmi internet səhifəsi "www.auksion.gov.az"-ın yenilənmiş versiyası oktyabrın 30-da ictimaiyyətə təqdim edilib. Beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış sayt şəffaflığın artırılmasına, əlçatanlığın təmin edilməsinə, rəqamsallaşmanın əhatə dairəsinin genişlənməsinə, rəqabətliliyin, istifadəçi məmnuniyyətinin artmasına töhfə verəcək. Tədbirdə portalın istifadə qaydaları, üstünlükləri, o cümlədən saytda aparılan təkmilləşdirmə işləri barədə məlumat verilib. İlk dəfə olaraq saytın istifadəçiləri "Digital login" ("Sima Rəqəmsal İmza", "Asan İmza", "SİMA Token (Elektron imza), fərdi identifikasiya nömrəsi, "BSXM elektron imza") vasitəsilə saytda şəxsi kabinetini yaratmaqla, hesaba daxil olaraq hərraca çıxarılmış lotlara baxa bilərlər.

Digər fotolar
arrow-up