Bakıda keçirilən "Halloween" bayramı
“Halloween” sözü “All Hallows Eve” sözündən gəlir və mənası “müqəddəs axşam” deməkdir. Hər il oktyabrın 31-də qeyd olunan “Halloween” bayramının yaranması qədim kelt bayramı olan “Samayn”la əlaqəlidir. “Samayn” bütpərəstlərin bayramı olub. 2000 il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər yeni illərini noyabrın 1-də qeyd edirdilər. Həmin gün yazın sonu, qışın başlanğıcı olaraq görülürdü. Qışda insanların daha çox ölməsi ilə əlaqədar bu fəsli ölüm fəsli hesab edirdilər. Keltlər oktyabrın 31-nə keçən gecədə yaşayanlar və ölülər arasındakı qapının açıldığına və ölülərin ruhlarının yerə qayıtdığına inanırdılar. Son dövrlərdə Azərbaycanda da bu bayramın qeyd olunması müşahidə edilir.
Digər fotolar