Kateqoriyalar
Sırala
ID 0094856

XIX əsrin məşhur simalarından olan Mir Mövsüm Nəvvabın qəbirüstü abidəsi

XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabaği olub. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab Şuşa şəhərində yaşayıb-yaradıb. Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Buna baxmayaraq qəbirüstü abidə Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunub.

Digər fotolar
arrow-up