Kateqoriyalar
Sırala
ID 0094983

Bakının Ramana qəsəbəsində yeraltı tikili

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, Vəli Vəliyev küçəsində “yeraltı dünya”ya aparan qapı var. Dördbucaq dəmir lükü açıb dəmir pillələrlə enəndə divarları daşla hörülmüş məkana düşürsən. Divarlarda pəncərəni xatırladan, amma güman ki, taxça kimi istifadə olunan boşluqlar var.
Ramana sakinlərinin sözlərinə görə, tikili XVIII əsrə aiddir. Ancaq onun təyinatı barədə məlumatı olan yoxdur. Müxtəlif vaxtlarda məkanda heyvan saxlanıldığı qənaətindədirlər.

Digər fotolar
arrow-up