Türkan qəsəbəsindəki köhnə qəbiristanlıqda yerləşən Pirəli baba piri
Pir Xəzərin şərq sahilində, Türkan qəsəbəsindəki köhnə qəbiristanlıqda yerləşir. İki otaqdan ibarәt olan pir əvvəlki görkəmində qalmayıb. Otaqların ümumi sahәsi 31 m2-ә yaxındır. Sol tәrәfdәki otaqda iki cәrgә daşla tikilmiş kitabәsiz qәbir var. Baş fasadda inşaat kitabәsi әvәzinә, giriş qapısından sağda içәridәki qәbirlәrdәn gәtirildiyi ehtimal edilәn başdaşı hörülüb. Türbədəki qəbirin kitabəsində mərhumun adı pozulmasına baxmayaraq, əhali arasında burada xalq yolunda şəhid düşmüş Pirəli baba adlı şəxsin dəfn olunduğu söylənilir. Qəbri ziyarətgaha çevrilmiş bu şəxsin XIII əsrdə yaşadığı güman edilir.
Digər fotolar