Kateqoriyalar
Sırala
ID 0099058

Heydər Əliyev Mərkəzində açılan “Yenidən doğulmuş gözəllik” sərgisi

Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın “Yenidən doğulmuş gözəllik” sərgisi nümayiş olunur. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. Həmin metal parçaları isə müxtəlif insanlar tərəfindən ianə edilən materiallardır. Dotun Populanın bədii təqdimatında insan, heyvanlar aləmi, nəqliyyat vasitələri və s. vasitəsilə iqlimin qorunmasına çağırış duyulur. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş “heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.

Digər fotolar
arrow-up