Kateqoriyalar
Sırala
ID 0101814

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Bu gün 20 Yanvar hadisələrindən 35 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Buna görə də hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Hər il böyükdən kiçiyə milyonlarla Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanına axın edərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir.

Digər fotolar
arrow-up