Kateqoriyalar
Sırala
ID 0102246

Zaqatalanın Yuxarı Tala kəndində yerləşən tarixi Cümə məscidi

Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən bu məscidin inşa tarixi 1901-1911-ci illərə aiddir. Məscid formaca dördbucaqlı olub, çaylaq daşı və bişmiş kərpiclə inşa edilib. Məscidin döşəməsi gil və kirəcdən, tavanı isə taxtadandır. Düzbucaqlı formada olan tavan 24 sütun üstündə dayanıb. Sütunlar bişmiş kərpicdən tikilib və 8 guşəyə malikdir. İbadət zalı 30 tağdan ibarətdir. Məscidin damı məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin hədiyyə etdiyi 2000 ədəd dəmir təbəqə ilə örtülmüşdür. Məscidin tikilməsinə yerli sakin və vaxtilə bütün Qafqazda, Orta Asiyada, habelə Türkiyədə tanınmış Şeyx hacı Əhməd Əfəndi təşəbbüs göstərmişdir.

Digər fotolar
arrow-up