Kateqoriyalar
Sırala
ID 0102287

Evində 100-ə yaxın pişik saxlayan 58 yaşlı qadın

Bakı şəhərinin mərkəzində - İçərişəhərdə yaşayan 58 yaşlı Elmira Ağadiyeva yüzə yaxın pişiyi himayə edir. Peşəcə rəssam olan qadın yeddi ildir həyatını pişiklərə həsr etdiyini deyir, o düşünür ki bu yolu onun üçün Allah seçib. Həyətin dörd bir tərəfində pişiklər üçün üst-üstə evciklər yığılıb. Bu evciklərdə bir-birindən fərqli ac pişiklər var. Pişiklərlə yaşadığı bu evə mərhəmət ocağı adı verən Elmira Ağadiyeva buranın turistlərin də diqqətini çəkdiyini bildirib. Onun sözlərinə görə xeyirxah insanlarla yanaşı, turistlər də buraya gəlib pişiklər üçün ona yardım edirlər.

Digər fotolar
arrow-up