Kateqoriyalar
Sırala
ID 0102414

Fəvvarələr meydanında qanunsuz tikilinin sökülməsinə başlanılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonu Əhməd Cavad küçəsindəki ("Fəvvarələr" meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb. Bildirilib ki, ərazidə yerləşən "Fontana" restoranına bitişik sahədə işbazlar tərəfindən əlavə artırma işlərinin aparılması ikinci belə özbaşınalıqdır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınmışdı. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.

Digər fotolar
arrow-up