Şabran rayonunda yerləşən Pirəbədil Tarix Muzeyi
Pirəbədil Şabran rayonunun qədim və təbiət mənzərələri ilə zəngin kəndlərindəndir. Kəndin ərazisində Pirəbədil Tarix Muzeyi yerləşir. Bu bina 1968-ci ildən 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1862-ci ildə tikilən malikanə Qəzənfər Musabəyovun atası Mahmudağa bəyə məxsus olub. 2013-cü ildən binanın adı dəyişdirilərək buraya “Pirəbədil Tarix Muzeyi″ adı verilib. Bişmiş kərpicdən tikilən 2 mərtəbə muzey binası 14 otaqdan, eyvan və aynabənddən ibarətdir. Muzeydə 2500-ə yaxın eksponat toplanıb. Bunlardan 700-dən çoxu ekspozisiyada nümayiş etdirilir.
Digər fotolar
