Kateqoriyalar
Sırala
ID 0102488

Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında keçirilən növbəti iclas

Yanvarın 28-də Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı növbəti iclası keçirilib. İclasda bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda hazırda seçkilərdə səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. İclasda həmçinin, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün akkreditasiyadan keçmiş müşahidəçilərin sayı açıqlanıb. Məlumata görə, seçkiləri 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək.

Digər fotolar
arrow-up