Kateqoriyalar
Sırala
ID 0103528

Hövsan qəsəbəsi ərazisində küçədə yaşayan 60 yaşlı Şikarə İsayeva

Hövsan qəsəbəsi ərazisində küçədə yaşayan 60 yaşlı Şikarə İsayeva 2009-cu ildən evsizdir. Həyat yoldaşından ayrıldıqdan sonra bir müddət bacısı qızının himayəsində yaşayan Şikarə İsayeva orada gördüyü pis münasibətdən sonra evdən ayrılmalı olub. Bundan sonra adını söyləmək istəmədiyi bir qazi ona köməklik göstərib və onun üçün kirayə ev tutub. Bir neçə ay həmin evdə yaşadıqdan sonra kirayə pulunu ödəyə bilməyən qadın buradan da ayrılmalı olub. Yenidən küçələrə qayıdan Şikarə İsayeva hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 10 ünvanında yerləşən yaşayış binalarının həyətindəki söhbətgahda məskunlaşıb. Onun sözlərinə görə, ərazidəki bina sakinləri ona əllərindən gələn köməyi göstərirlər. Bir neçə dəfə sığınacağa yerləşdirilən Şikarə İsayeva orada yaşaya bilmədiyini bildirərək sığınacaqdan ayrılıb, o aidiyyəti qurumlardan və imkanlı şəxslərdən ona köməklik göstərilməsini və tezliklə evlə təmin olunmasını istəyir.

Digər fotolar
arrow-up