Kateqoriyalar
Sırala
ID 0103698

Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın növbəti hissəsi

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardımın növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi fevralın 7-də göndərilib. Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd olunan avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Digər fotolar
arrow-up