Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclası
Fevralın 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb. Qeyd edilib ki, müraciətlər 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi), 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi), 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi), 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrədir. MSK-nın qərarına əsasən, 115 saylı Şəki kənd (Kiçik Dəhnə bələdiyyəsi), 111 saylı Zaqatala-Balakən (Zaqatala bələdiyyəsi) və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ (Müşfiqabad bələdiyyəsi) seçki dairələri üzrə müraciətlər əsassız hesab edilib və dairə seçki komissiyalarının müvafiq qərarları dəyişdirilmədən saxlanılıb. Həmçinin 3 saylı Babək-Şahbuz-Kəngərli (Şıxmahmud bələdiyyəsi), 80 saylı Lerik-Astara (Vizəzəmin bələdiyyəsi) və 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi) üzrə müraciətlər isə müraciətetmə müddətinin ötürülməsi səbəbindən ərizəçiyə geri göndərilib.
