Kateqoriyalar
Sırala
ID 0104088

“Yüksəliş” müsabiqəsi ilə bağlı keçirilən brifinq

Fevralın 28-də “Yüksəliş” müsabiqəsi ilə bağlı brifinq keçirilib. Brifinqdə “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib. Brifinq çərçivəsində yeni mövsümdə istifadəyə verilən müsabiqənin rəsmi internet səhifəsi mətbuat nümayəndələrinə təqdim olunub və saytda edilmiş yeniliklər barədə ətraflı məlumat verilib. Saytın daha funksional olması üçün bir sıra yeniliklər tətbiq edilib ki, bu da qeydiyyat prosesinin daha asan və rahat olmasına imkan yaradıb. Tədbirdə həmçinin beşinci mövsümün tanıtım çarxı nümayiş olunub və böyük maraqla qarşılanıb.

Digər fotolar
arrow-up