Kateqoriyalar
Sırala
ID 0105153

Hacı Zeynalabdin qəsəbəsində şikəst itlərin saxlandığı sığınacaq

Hacı Zeynalabdin qəsəbəsində bir ildən çoxdur fəaliyyət göstərən bu sığınacaqda 230 fiziki qüsurlu, sahibsiz it var. Həmin itlərin keşiyində duranlardan biri Ramin Namazovdur. Uşaqlıqdan heyvanlara xüsusi sevgisi olan Ramin bəy özü II qrup əlildir. Bu səbəbdən şikəst, gözü, əli, ayağı olmayan bu itlərin ağrı-acısını daha yaxşı anladığını deyir. Ramin Namazov sığınacağı ətrafdakı heyvansevərlərlə birlikdə alıb. Heç bir maddi dəstəkləri olmasa da, onlar sahibsiz, şikəst itlərə qucaq açaraq, həyatda qalmaları və müalicələri üçün öz güclərinə əllərindən gələni edirlər.

Digər fotolar
arrow-up