Üzeyir Hacıbəyov küçəsində sıxlığın qarşısının alınması məqsədilə yol hərəkətində dəyişiklik edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən monitorinq təhlillər nəticəsində Üzeyir Hacıbəyli küçəsində sıxlığın qarşısının alınması məqsədilə yol hərəkətinin təşkilində müvafiq dəyişikliklər edilib. Belə ki, bu gündən başlayaraq Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda, yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib, sağa - Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər. Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılıb.
Digər fotolar
