Kateqoriyalar
Sırala
ID 0105594

8 Mart ərəfəsində Bakının gül dükanları

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Bakının gül mağazalarında iş qaynayır. Zanbaq, qızılgül, nərgiz, çobanyastığının rəngarəngliyi ilə qiymətlərinin müxtəlifliyi bu il də həmahəngdir. Bayramdan bir gün əvvəl dükanlarda ən ucuz gül 2 manat 50 qəpiyə olan zanbaqlardır. Çöl çiçəkləri, əsasən, çobanyasıtığıların qiyməti bir ədədi üçün 3 manatdan başlayır. Qızılgül həmişəki kimi, zirvəni əldən vermir, bir ədədinin ucuzu 4, bahası 6 manatadır. Hazır buket almaq istəyənlər ən azı 20 manatlarından keçməlidirlər. Yuxarı həddin isə necə deyərlər, “yuxarısı” yoxdur. Bu ilin maraqlı trendi kol şəkilində olan qızılgüllərədir. Onların qiyməti standart olaraq 15 manatdır.

Digər fotolar
arrow-up