Kateqoriyalar
Sırala
ID 0106751

Ağdərə rayonunun Həsənriz kəndi

Ağdərə rayonunun Həsənriz kəndi 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qaytarılıb. Həsənriz kəndinin keçmiş adı Aterk, Ater qalası olub. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak, yəni çayın mənsəbə töküldüyü yer sözünun fonetik variantıdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilib. Hazırda kənddə 606 ev var, artıq buraya 50 ailə köç edib və 92 ev təmir olunub. Həmçinin Ağdərə rayonunun Həsənriz kəndi üzrə artıq 360 nəfər köç üçün siyahıya düşüb.

Digər fotolar
arrow-up