Kateqoriyalar
Sırala
ID 0106831

Abşeron rayonunuda yerləşən Pirəkəşkül piri

Abşeron rayonunun qədim kəndlərindən biri də Pirəkəşkül kəndidir. Kənd Xırdalan qəsəbəsindən 33 km kənarda yerləşir. Kəndin adı iki sözdən — “pir” və “kəşkül” sözlərindən ibarətdir. İkinci komponent hind qozundan düzəldilmiş və dərvişlərin gəzdirdiyi nəzir qabının adından — kəşkül sözündəndir. Keçmişdə pirlərin üstündən kəşkül asarmışlar. Pirəkəşkül sözü də mənbəyini buradan alıb. Kəndin köhnə qəbiristanlığında qədim bir məzar var, onun üzərində yeni türbə tikilib. Məzar və qəbiristanlıq orta əsrlərə aiddir, lakin Pirəkəşkül piri adlandırılan pir haqqında heç bir məlumat yoxdur.

Digər fotolar
arrow-up