Paytaxt Bakının gecə mənzərəsi
Gündüzlər tarixi ab-havası, müasir memarlıq üslubu ilə insanı ovsunlayan “küləklər şəhəri”nin gecələr tam başqa aurası olur. Mavi Xəzərə söykənən şəhərin sahilyanı işıqları paytaxta daha da füsunkar bir mənzərə verir. Bakının rəngarəng işıqlarına nəzər saldıqda, sanki bir ovuc ulduz topası şəhərin üstünə səpələnib. İşıqları sayrışan Bakı gecələri şairləri, bəstəkarları, rəssamları ilhama gətirib. Onların hərəsi gecənin bağrına xal salan işıqları bir cür vəsf edib. Parlayan işıqların arasından ucalan üçrəngli bayraq isə baxdıqca qürurverici bir təsir bağışlayır insana. Qız Qalasını keçib şəhərin küçələrini gəzdikcə bu yerlərin tarixi ab-havası gecənin fonunda daha da diqqətə çarpır və insanı Bakının gözəlliyinə daha çox heyran edir.
Digər fotolar
