Bakıda Pakistan Günü münasibətilə keçirilən tədbir
Pakistan İslam Respublikasının Milli Gününün 85-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib. Rəsmi qəbul hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin tədbirdə çıxış edib və Azərbaycan ilə Pakistan arasındakı siyasi əlaqələrdən və sıx dostluq münasibətindən danışıb. Həmçinin tədbir çərçivəsində bildirilib ki, Pakistan Beynəlxalq Hava Yolları aprel ayının sonuna kimi Bakıya birbaşa reysləri bərpa etməyi planlaşdırır. Bununla yanaşı vurğulanıb ki, Azərbaycanın D-8-ə qoşulması Pakistan və digər üzv dövlətlərlə ticarətin inkişafı, investisiyaların cəlb edilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır.
Digər fotolar
