Kateqoriyalar
Sırala
ID 0107949

Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Təcrübələr Festivalına həsr olunmuş mətbuat konfransı

Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Təcrübələr Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Nine Senses-in akademik direktoru Nataliya Jukova bildirib ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoga Federasiyasının prezidenti və Nine Senses İncəsənət Mərkəzinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə təşkil olunub. N. Jukova festivalın əsas məqsədinin şəxsi inkişaf və özünü dərketməyə marağı artırmaq olduğunu bildirib. Onun sözlərinə görə, 2023-cü ildə ilk dəfə keçirilən festival böyük uğurla yadda qalıb – 1000-dən çox iştirakçı və 50-dən artıq ekspert bir araya gəlib. Bu il isə təşkilatçılar iştirakçı və ekspert sayını daha da artırmağı planlaşdırırlar. Qeyd edək ki, 2025-ci ilin 2–4 may tarixlərində Bakıda baş tutacaq Nine Senses Fest müxtəlif mədəniyyətlərə aid praktikaları – meditasiya, sufilik, yoqa, art-terapiya, elmi mühazirələr, tanınmış sənətçilərin iştirakı ilə konsertlər, ekstatik rəqslər, sufi praktikaları günü və digər sessiyaları “Ruh, Bədən, Zəka” konsepti ətrafında bir araya gətirəcək. Bu ilin şüarı isə “Ənənədən Gerçəyə” olacaq.

Teqlər
Digər fotolar
icon
arrow-up