Azərbaycan Cüdo Federasiyasının yeni yaradılan liqalarla bağlı mətbuat konfransı
Azərbaycan Cüdo Federasiyası yeni yaradılan liqalarla bağlı mətbuat konfransı keçirib. Konfrans çərçivəsində cüdo liqalarının başlayacağı tarix və keçiriləcəyi məkan haqqında məlumat verilib. Belə ki, aprelin 19-20-də U-14, 21-22-də U-17, mayda isə böyüklər arasında liqalara start veriləcək. Qeyd edək ki, cüdo liqaları 3 yaş qrupu üzrə keçiriləcək. Böyüklərdə yalnız kişi, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçular iştirak edəcəklər. Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, ilboyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Yarışlar Abşeron Olimpiya Kompleksində keçiriləcək.
Digər fotolar
