Kateqoriyalar
Sırala
ID 0108085

AFFA-nın hesabat konfransı

Aprelin 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat konfransı keçirilib. AFFA-nın prezidenti Rövşən Nəcəf konfransda iştirak edib. O, Gəncə şəhər stadionu və "İmarət" stadionunda görülən işlərlə bağlı danışıb, daha sonra AFFA-nın İnkişaf Strategiyası haqqında fikirlərini bölüşüb. Bununla yanaşı, konfrans çərçivəsində 2003-cü ildən AFFA-nın baş sponsoru olan SOCAR tərəfindən milli assosiasiyaya 2024-cü il üçün ayrılan vəsaitin məbləği bəlli olub. AFFA-nın, milli komandaların, AFFA-nın balansında olan stadionların saxlanılması, AFFA-nın tərkibində olan federasiyalar və üzvlərin maliyyələşməsi, uşaq və gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət olan müxtəlif yaş qrupları üzrə liqaların təşkili, kütləvi futbolun inkişafı, turnirlərin, beynəlxalq və digər layihələrin həyata keçirilməsi ilə əlaqədar 2024-cü ildə SOCAR tərəfindən AFFA-ya 13 milyon manat maliyyə vəsaiti ayrılıb.

Teqlər
Digər fotolar
arrow-up