Kateqoriyalar
Sırala
ID 0108252

“Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfrans

Aprelin 14-də Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib. Konfransda Baş prokuror Kamran Əliyev çıxış edib. O bildirib ki, onilliklər boyu işğal altında olmuş Xankəndi şəhərində, yeni istifadəyə verilmiş Qarabağ Universitetində belə bir tədbir keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi səriştəsi, qətiyyətli iradəsi və Silahlı Qüvvələrin rəşadətinin nəticəsidir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev də çıxış edib. Nazir qeyd edib ki, növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.

Digər fotolar
arrow-up