Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində tanınmış videobloqer Albert İsakovun iştirakı ilə dəyirmi masa
Aprelin 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Ermənistanın sabiq prezidentlərindən birinin qalmaqallı çıxışının videosunu öz “YouTube” kanalında yerləşdirmiş videobloqer Albert İsakovun iştirakı ilə dəyirmi masa keçirilib. Albert İsakov bildirib ki, erməni cəmiyyəti radikal, şovinist təşkilatların yalan təbliğatının qurbanı olub və həqiqəti yalanlardan ayıra bilməyib. Onun sözlərinə görə, bu təbliğat bir çox azərbaycanlıların, eləcə də Azərbaycandan olan ermənilərin talelərinə pis təsir edib. O, müharibənin ailəsinə gətirdiyi ağrını bölüşmək üçün videobloq aparmağa başladığını söyləyib.
Tədbir: Oxu.az
Digər fotolar
