"Global Media Group"un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası
Ətraf mühitin mühafizəsinə və davamlı inkişafa xüsusi önəm verən "Global Media Group"un təşəbbüsü ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiya "Global Media Groupa"a daxil olan şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutub. "Yaşıl gələcək birlikdə kök salır" şüarı ilə həyata keçirilmiş aksiya çərçivəsində ərazidə iqlim şəraitinə uyğun 500-dən çox müxtəlif növ ağac əkilib. Tədbirdə "Global Media Group"un rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Digər fotolar
