“Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfrans
Aprelin 25-də Bakıda İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib. Konfransda dövlət rəsmiləri, iş adamları, biznes strukturlarının rəhbərləri iştirak ediblər. Tədbirdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığa dövlət tərəfindən yaradılan imkanlar və beynəlxalq ticarət ilə əlaqədar məsələlər müzakirə olunub. Çıxışçılar son illər ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı, dünya bazarlarına çıxış, gələcək perspektivlər haqqında fikir mübadiləsi aparıblar.
Digər fotolar
