5 ildir təkər təmiri ustası işləyən Ülviyyə Əliyeva
Təkər təmiri ustası kimi işləyən Ülviyyə Əliyeva atasını uşaq yaşlarında itirib. O, ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub. 16 yaşından başlayaraq ustaların yanında bu peşəni öyrənməyə çalışan Ülviyyə Əliyeva artıq 5 ildir ki təkər ustası işləyir. Daha çox kişilərin yiyələndiyi güc-qüvvət tələb edən bu peşə qadın üçün ağır olsa da, sənətinə sevgi ilə yanaşdığına görə Ülviyyə Əliyeva işinin öhdəsindən asanlıqla gəlir. O bildirib ki, özünü heç bir sahədə burada olduğu qədər rahat və xoşbəxt hiss etməyib. Ülviyyə Əliyeva həmçinin, qadınlardan ibarət avtoservis açmaq arzusundadır.
Digər fotolar
