“Yüksəliş” müsabiqəsinin Kadr Bankının təqdimatı
Mayın 5-də “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Bankının insan resursları sahəsində çalışan rəhbər şəxslərə təqdimatı və təlimi baş tutub. Tədbirdə müxtəlif dövlət və özəl qurumların insan resurları üzrə mütəxəssisləri iştirak ediblər. Tədbirin açılışında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək Kadr Bankının məqsədi, strukturu və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbərlərə kadr bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb. Daha sonra “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən Kadr Bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib. Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.
