Kateqoriyalar
Sırala
ID 0110261

II Dünya müharibəsindən sonra alman əsirlərin dəfn olunduğu qəbiristanlıq

İkinci Dünya müharibəsi bitdikdən sonra Bakıya 42 min alman hərbi əsir gətirilib və onların əməyindən geniş istifadə olunub. Azərbaycanın müxtəlif bölgələrində o cümlədən Mingəçevirdə, Sumqayıtda, Saatlıda əsirlikdə ölən almanların qəbiristanlığı mövcuddur. Azərbaycanda saxlanılan və burada dünyasını dəyişən alman əsirlər həmin qəbiristanlıqlarda dəfn olunub. Bu qəbiristanlıqların biri də Bakı şəhərinin Yasamal rayonunda yerləşir. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi yerləşir. Qara xaçın qarşısındakı lövhədə alman və azərbaycan dilində yazılar var. Alman dilində olan yazının tərcüməsi belədir: “Bakıda vəfat etmiş 163 hərbi əsirin xatirəsinə. Onlardan 142-si alman, 13-i macar, 8-i isə avstriyalıdır. Bu qəbiristanlıqda 80 əsir dəfn olunub. Onları və bütün müharibə qurbanlarını yad edin! 1945 – 1947”. Qəbiristanlıqdakı lövhədə dəfn edilən hərbi əsirlərin ad, soyadları, anadan olduqları və vəfat etdikləri tarixlər göstərilib.

Digər fotolar
arrow-up