Qaradağ rayonunda Umbakı qəsəbəsi ilə Bakını yeganə əlaqələndirən uçmuş körpü
Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpü uçub. Bu avtomobil körpüsü Umbakı qəsəbəsi ilə paytaxt Bakını əlaqələndirən yeganə avtomobil yolunun üzərində yerləşir. Son vaxtlar yağan güclü yağışlardan sonra körpü uçmuşdu və qəsəbə ilə paytaxt Bakının əlaqəsi kəsilmişdi. Sonradan yağan güclü yağışdan sonra isə həmin körpü tam şəkildə uçaraq tamamilə yararsız vəziyyətə düşüb. Aidiyyəti qurumlar tərəfindən qəsəbə ilə şəhər mərkəzinin əlaqəsini bərpa etmək məqsədi ilə çayın üzərində müvəqqəti yol çəkilmişdi. Yağan güclü yağışdan sonra həmin yol da tam şəkildə yuyulub və qəsəbə ilə şəhər mərkəzinin əlaqəsi yenidən kəsilmişdi. Hazırda aidiyyəti qurumlar tərəfindən müvəqqəti yol bərpa olunub, lakin bərpa olunan bu yoldan nəqliyyat vasitələrinin keçməsində hələ də çətinliklər yaranır.
