"Sürətin evolyusiyası" layihəsi çərçivəsində keçirilən klassik avtomobillərin sərgisi
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunur. Mayın 17-də paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilir. Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub. Sərgidə AAF-in klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunublar.
Digər fotolar
