Kateqoriyalar
Sırala
ID 0111217

Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə

Azad Mirzəcanzadə İnkişaf Proqramının koordinatoru Leyla Seyidzadə akademik Azad Mirzəcanzadənin adını daşıyan İnkişaf Proqramının mahiyyəti haqqında danışıb. O bildirib ki, proqramın əsas məqsədi innovativ və yaradıcı düşüncəyə sahib, fəal və bacarıqlı gəncləri aşkar etmək, onları dəstəkləmək və inkişaflarına töhfə verməkdir. Leyla Seyidzadə proqramın niyə Azad Mirzəcanzadənin adını daşıdığı haqqında da məlumat verib. Onun sözlərinə görə, Azad Mirzəcanzadə həm öz dövrü, həm də ümumilikdə Azərbaycan elmi üçün önəmli bir şəxsiyyət və alim olub, onun 50-dən çox ixtirası olub. Bunların bəziləri hələ də açıqlanmayıb, istifadəyə verilməyib. Bu fakt özü onun necə qabaqcıl fikirli alim olduğunu sübut edir. Leyla Seyidzadə bildirib ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı 2020-ci ildə pilot layihə kimi fəaliyyətə başlayıb və hazırda daha genişmiqyaslı bir təşəbbüsə çevrilib. 

Müsahibə: Oxu.az

Digər fotolar
arrow-up