Kateqoriyalar
Sırala
ID 0111352

AQEM-in Biznes Şurasının 8-ci plenar iclası

Bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb. İclasda 30 yaxın Asiya dövlətinin təmsilçisi, iri dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edirlər. İclası AQEM-in baş katibi Kayrat Sarıbay açaraq qurumun fəaliyyəti və perspektiv planları barədə məlumat verib. İclasda AQEM-ə daxil olan dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələri, biznes planlar, birgə iqtisadi layihələrin həyata keçirilməsi, o cümlədən nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq məsələləri müzakirə edilir.

Teqlər
Digər fotolar
arrow-up